Rusiya Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanla vahid regional havadan müdafiə sistemi (RHMS) yaradılması üzərində işləyir.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Rusiya Hava Kosmik Qüvvələrinin rəhbərinin müavini general-leytenant Pavel Kuraçenko söyləyib.
Onun sözlərinə görə, artıq Ermənistanla bu sistemin yaradılmasını nəzərdə tutan müqavilə imzalanmaq üçün hazırlanır.
Qeyd edək ki, yuxarıda adı çəkilən ölkələrdən yalnız Qazaxıstanla Rusiya bu müqaviləni 2013-cü ildə imzalayıb.