​Rusiya Ermənistanı müasir silahlarla təmin edəcək

​Rusiya Ermənistanı müasir silahlarla təmin edəcək
  • DÜNYA

Rusiya Ermənistana müasir silahlar tədarükünü davam etdirəcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Ermənistan hökumətlərarası birgə komissiyasının 10-cu iclasında bildirilib.

Məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan daxili bazar qiymətinə ölkəsinə silah verdiyi üçün Rusiyaya təşəkkür edib.

İclasda iştirak edən hərbi-texniki əməkdaşlıq üzrə Rusiya Federal Agentliyi sədrinin müavini Konstantin Biryulin ölkəsi ilə Ermənistan arasındakı hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, Ermənistanda hərbi helikopterlərə və Hava Hücumundan Müdafiə sisteminə daxil olan avadanlığa qulluq və onların təmiri üçün regional mərkəz yaradılacaq.
Konstantin Biryulin deyib ki, Rusiya tərəfinin Ermənistana üç "İL-76" təyyarəsi və çoxfunksiyalı "Su-30 SM" tipli qırıcılar verməsi məsələsinə də baxılır.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR