Rusiya Ermənistandan bəzi məhsulların idxalına qadağa qoydu

Rusiya Ermənistandan bəzi məhsulların idxalına qadağa qoydu
  • DÜNYA

Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının tədarükünü müvəqqəti dayandırıb.

Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, buna səbəb dabaq xəstəliyi ilə bağlı epizootik vəziyyətin qeyri-sabit olması və bu xəstəliyin Rusiyaya keçmə riskidir.

Dabağa həssas olan heyvanların, o cümlədən donuz, öküz, camış, qoyun və dağ keçiləri, bu heyvanlardan alınmış ət və genetik materialların Rusiyaya gətirilməsinə müvəqqəti qadağa qoyulub.

Qadağa süd və süd məhsullarına, dəri və yun məhsularına da şamil edilib.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR