Rusiya Ermənistana 7 milyon - “çörək pulu“ ayırdı

Rusiya Ermənistana 7 milyon   - “çörək pulu“ ayırdı

Rusiya höküməti Ermənistanda məktəblərin qidalanma sisteminin inkişafı üçün 7 milyon dollar ayıracaq. 

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev sərəncam imzalayıb. Sərəncama əsasən, Rusiya 2016-2017-ci illərdə bu sistemin inkişafına dair layihənin həyata keçirilməsi üçün Ümumdünya Qida Proqramı Fonduna 7 milyon dollar ödəyəcək.

Bununla bağlı müvafiq sənəd Rusiya hökumətinin hüquqi informasiya portalında yerləşdirilib.

Layihəyə əsasən 7 milyon dolların yarı hissəsi 2016-ci ildə, digər yarısı isə 2017-cu ildə ödəniləcək.

Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR