Rusiya Ehtiyat Fondunun vəsaitləri azalıb

Rusiya Ehtiyat Fondunun vəsaitləri azalıb

Rusiya Ehtiyat Fondunun vəsaitləri son bir ayda 10 faiz azalıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Maliyyə Nazirliyindən verilən açıqlamada deyilir.

 

Dünya bazarında neftin qiymətinin ucuzlaşması və gəlirlərin azalması üzündən Rusiya Ehtiyat Fondundan xərclər çoxalıb.

 

Fevralın 1-də 85,09 mlrd. dollar ehtiyatı olan Ehtiyat Fondunun martın 1-nə olan göstəricisi 77,05 mlrd. dollaradək azalıb. Milli Rifah Fondunun vəsaitləri də bir qədər azalıb.

 

Rusiya Federal Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin fevral ayında Ehtiyat Fondunun vəsaitləri 137,3 mlrd. dollar, Milli Rifah Fondunun ehtiyatları isə 93,3 mlrd dollar olub. Rusiya Mərkəzi Bankının ehtiyatları da 2014-cü ildə 24,4 faiz (124 mlrd. dollar) azalaraq 2015-ci ilin 1 yanvar tarixinə 385 mlrd. dollar təşkil edib.

 

Qeyd edək ki, 2013-cü ilin sonunda Rusiya Mərkəzi Bankın valyuta ehtiyatları 510 mlrd. dollar olub. 


Xəbər 850 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR