Rusiya Abxaziyada hərbi donanması üçün yeni baza yaradacaq.
Aktual.az xəbər verir ki, bu iddia ilə Gürcüstan Prezidenti Salome Zurabişvili çıxış edib.
Tiflisdə mətbuat konfransı keçirən Zurabişvili bildirib ki, Rusiyanın Abxaziyada yaradacağı hərbi bazanın inşa işləri başlayıb.
"Oçamçire bazası üçün işlərə start verilib. Bu ciddi problemdir və təkcə Gürcüstan üçün yox, Qara dəniz üçün də təhlükəlidir”, - Zurabaşvili bildirib.
Qeyd edək ki, Rusiyanın Abxaziyada hərbi baza inşa etmək planı haqda məlumatlar daha öncə də yayılmışdı. Abxaziyada yaradılacaq hərbi bazanın iki məqsədi ola bilər.
Birincisi, Ukrayna müharibəsində hərbi donanması ciddi zərər görən Rusiya dəniz qüvvələri üçün yeni təhlükəsiz "liman” hazırlayır.
İkincisi, Rusiyanın Abxaziyada hərbi baza inşa etmək planı Cənubi Qafqazda zəifləyən mövqelərini qorumaq məqsədi daşıyır. Bu baza həm də Rusiyanın Ermənistanda zəifləyən təsir imkanlarının bölgədə kompensasiya edilməsinə hesablanıb.
Xəbər 213 dəfə oxunub.