Ukraynadakı münaqişədən sonra təhlükəsizlik zəmanətləri elə olmalıdır ki, Rusiya ora bir daha heç vaxt hücum etməyə cəhd göstərməsin.
Aktual.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
"Rusiya başa düşəcək ki, təhlükəsizlik zəmanətləri varsa, bir daha Ukraynaya hücum etməyə cəhd etməməlidir. Çünki bizim reaksiyamız dağıdıcı olacaq və hazırda müzakirə etdiyimiz də məhz budur", - Rutte bildirib.
Xəbər 63 dəfə oxunub.