Rusiyanın əsas büdcəsinin 41%-i Ukraynaya qarşı müharibəyə ayrılıb.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
"Bu büdcə müharibə büdcəsidir. Bunlar həqiqətən qorxulu rəqəmlərdir", - o bildirib.
O əlavə edib ki, Rusiya 122 və 152 mm çaplı artilleriya sursatlarının 49%-ni, həmçinin 122 mm-lik reaktiv yaylım atəş sistemi üçün raketləri Şimali Koreyadan tədarük edir.
Xəbər 368 dəfə oxunub.