Ukrayna Rusiya ilə müharibənin dondurulmasının əleyhinədir, çünki bu, gələcəkdə növbəti müharibə demək olacaq.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"İnsanlar torpaqdan daha vacibdir. Torpağı qaytaracağıq, xalqı yox. Bu qanunla yaşayırıq. Biz dondurulmuş münaqişənin əleyhinəyik. Biz üçüncü müharibə istəmirik. Münaqişənin indi dondurulması çox böyük risk olardı”, - o bildirib.
O qeyd edib ki, Rusiya Ukrayna ilə müharibədə 650 minə yaxın adam itirib.
Xəbər 170 dəfə oxunub.