Rusiya bu məsələdən narahat olmasın - Simonyan

Rusiya bu məsələdən narahat olmasın - Simonyan
  • DÜNYA

İrəvan Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır.
Aktual.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Aİİ Ermənistan üçün iqtisadi cəhətdən səmərəli təşkilatdır. Biz Aİİ-dən çıxmaq niyyətində deyilik və davam etmək istəyirik”, - o bildirib.
Onun sözlərinə görə, ölkənin AB-yə daxil olması ilə bağlı Ermənistan hökuməti tərəfindən təsdiq edilmiş qanun layihəsi erməni xalqının iradəsidir.
Eyni zamanda, Simonyan Ermənistanın AB-yə üzvlük prosedurunu başlatmaq üçün qanun layihəsini parlamentə təqdim etməsinə də toxunub və bildirib ki, Moskva bu məsələdən narahat olmamalıdır.
Xəbər 61 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR