Rusiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının texniki katibliyinə Qərb ölkələrinin Aleksey Navalnının zəhərlənməsi ilə bağlı ittihamlarını qəti şəkildə rədd edən nota göndərib.
Aktual.az xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vladimir Tarabrin deyib.
Tarabrinin sözlərinə görə, notanın Kimyəvi Silahlar Konvensiyasında iştirak edən bütün ölkələrə göndərilməsi tələb olunub:
"Bizə qarşı absurd iddiaları qəti şəkildə rədd etdik. Eyni zamanda, Rusiyanın əlində faktlar olan əsaslı ekspert müzakirəsinə həmişə hazır olduğu bildirdik”.
Qeyd edək ki, fevralın 14-də Birləşmiş Krallıq, İsveç, Fransa, Almaniya və Niderland birgə bəyanat yayaraq Aleksey Navalnının Rusiya həbsxanasında ağac qurbağası zəhəri olan epibatidinlə zəhərləndiyini bildirib.
Xəbər 44 dəfə oxunub.