Rusiya bizə silah versin? Əliyev üçün? - Şarmazanov

Rusiya bizə silah versin? Əliyev üçün? - Şarmazanov

Qərblə flört etmək, Rusiyanı təhlükə saymaq, AB-dən Ermənistana müşahidəçilər gətirmək, amma eyni zamanda Rusiyadan da silah gözləmək nə dərəcədə normaldır?
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov Rusiyanın pulunu alsa da, Ermənistana silah tədarük etmədiyi haqda rəsmi açıqlamaları şərh edərkən deyib.
"Paşinyan rejimi Ermənistan və Rusiyanın dövlət maraqlarına qarşı türk-Soros antitəbliğatını davam etdirir. İndi xarici işlər nazirinin müavininə daha bir antirusiya dozası təqdim etmək və Rusiya silahlarının hələ Ermənistana çatmadığını söyləmək səlahiyyəti verilib. Birincisi, KTMT sammitində hərbi-texniki yardım almaq məsələsini rədd etməklə Rusiya silahlarından imtina edən Nikol idi. Həmin Nikol hərbi texnikaya dəstək də daxil olmaqla, KTMT təlimlərindən imtina etdi. Üstəlik, Nikol Rusiyanın hərbi mövcudluğunu təhlükə adlandırıb. Başa düşmürəm, onlar dəli olublar? Onlar Rusiyanı təhlükə hesab edir, AB-dən müşahidəçilər çağırır, Qərblə birlikdə Rusiyanı regiondan çıxarmaq istəyirlər və hələ də Rusiya silahlarının tədarükünü gözləyirlər. Bizə nə üçün silah versinlər? Sonda Əliyevə təslim edək ki, Bakıda paradda göstərsin?
İndi desəm, yenə deyəcəklər ki, keçmişi xatırladıram, amma həmin Rusiya əvvəllər bizə 50 min ton silah-sursatı pulsuz verib, "İsgəndər”ləri münasib qiymətə satıb”, - o bildirib.
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR