Rusiya basketbol yarışlarından da kənarda qaldı

Rusiya basketbol yarışlarından da kənarda qaldı

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra qərarlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Rusiya komandalarının, hakimlərin və müşahidəçilərin FİBA-nın yarışlarında, o cümlədən 3x3 Basketbol turnirlərində iştirak edə bilməyəcəkləri açıqlanıb.

Yeni qərarlarla bağlı müzakirələrin martın 25-də İdarə Heyətinin iclasında aparılacağı bildirilib.

FİBA-nın açıqlaması isə belə olub:  "Rusiya komandaları və onların rəsmi işçiləri növbəti qərarlara qədər FIBA-nın 3x3 və digər yarışlarında iştirak edə bilməyəcəklər".
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR