Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Simat Babayeva 1992-ci ildə Azərbaycanın Bakı şəhərində doğulub. O, Rusiyada qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilir.
Onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Aktual.az
Xəbər 568 dəfə oxunub.