Rusiyanın ATƏT-dəki nümayəndə heyəti təşkilatın Daimi Şurasının gələn cümə axşamı keçiriləcək növbəti iclasında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) iş metodologiyası məsələsini qaldırmaq niyyətindədir.
Aktual.az Oxu.Az-aistinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın ATƏT-dəki səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
ATƏT sentyabrın 11-də bəyan edib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini izləməyəcək.
Lukaşeviçin sözlərinə görə, Azərbaycan hakimiyyəti müşahidəçilərin təklif olunan sayını artıq hesab edib və bütün müşahidə qurumlarının müraciətini nəzərə alaraq öz variantını təklif edib.
“Lakin DTİHB barışmaz mövqe tutub və nəticədə Azərbaycanda seçkilərin monitorinqini ləğv edib. Buna görə də Daimi Şuranın qarşıdan gələn iclasında, çox güman ki, ATƏT-in bu institutunun seçki sahəsindəki iş metodologiyası ilə bağlı ciddi söhbət olacaq”, - o bildirib.