Rusiya Azərbaycanı dəstəklədi

Rusiya Azərbaycanı dəstəklədi

Rəsmi Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərməməsini siyasi qərar hesab edir.

Aktual.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və qanunun aliliyi məsələləri üzrə rəsmisi Konstantin Dolqov bildirib

“Azərbaycan hakimiyyətinin bu ölkədə noyabrın biri keçiriləcək parlament seçkilərində müşahidəçilərin sayının azaldılması ilə bağlı təklifinə ATƏT DTHİB açıq siyasi qərar verərək, ora ümumiyyətlə müşahidəçilər göndərməmək qərarı verdi”, - deyə Dolqov “Seçkilərin təşkili və onların yekunlarının qiymətləndirilməsinə dair universal standartlar” mövzusu ilə bağlı parlament dinləmələrində çıxışı zamanı bildirib.

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR