Rusiyanın "Qazprom" şirkəti Azərbaycana təbii qazın mümkün nəqli ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq niyyətindədir.
AzVision.az "TASS" agentliyinə istinadən verir ki, bunu, "Qazprom"un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bununla bağlı danışıqlar artıq bu ilin iyun ayında baş tutacaq: “Azərbaycan tərəfinin Rusiya qazının alınmasına marağı var. Yaxın vaxtlarda, hətta ola bilər ki, Peterburq iqtisadi forumunda növbəti görüş keçirilsin və Azərbaycan tərəfinin tələbatı dəqiqləşdirilsin".