Rusiya, Azərbaycan və Türkiyə terrora qarşı birləşir

Rusiya, Azərbaycan və Türkiyə terrora qarşı birləşir
  • DÜNYA

Terrorla mübarizədə əsas məqsədimizə çatmaq üçün bütün ölkələrlə əməkdaşlıq etməyə hazırıq.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə çıxış edib.

Zaxarova terrorla mübarizəni daha səmərəli etmək məqsədilə Rusiyanın Azərbaycan, Türkiyə və İranla birgə əməkdaşlığa hazır olduğunu vurğulayıb: "Nəyinki bu ölkələrlə terrorla mübarizədə əməkdaşlığa hazırıq, bununla bağlı artıq müvafiq dialoq da aparırıq. Müxtəlif səviyyələrdə aparılan danışıqlarda terrorizmlə mübarizədə birgə əməkdaşlıq məsələləri müzakirə olunur. Bir daha qeyd etmək istəyirəm ki, terrorla mübarizə əməkdaşlıqda Rusiyanı heç bir limiti yoxdur. Bu mövzuda hər zaman dialoq aparmışıq, bundan sonra da aparacağıq”.

Rusiya rəsmisi Türkiyədə baş verən qanlı terror aktının terrora qarşı mübarizədə güclərin koordinasiyasının vacib olduğunu göstərdiyini vurğulayıb. \AzVision.az

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR