Rusiya Dağıstanın 5 rayonunda antiterror əməliyyatları rejimi elan edib.
Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Fövqəladə vəziyyətin elan edildiyi rayonlar Dağıstanın cənubunda yerləşir. Onların adları Kuraxsk, Maqaramketsk, Suleyman-Stalsk, Xivsk və Tabasaransk rayonlarıdır. Əməliyyatın keçirilməsinə əsas səbəb cənubdakı terror qruplarının neytrallaşdırılmasına nail olmaqdır.
Qeyd edək ki, Dağıstanın cənubunda yerləşən Kuraxsk və Tabasaransk rayonlarında azərbaycanlılar yaşayır.(axar.az)