Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya sərmayələrinin ümumi həcmi 3 milyard dollar təşkil edir.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 600-dən çox müəssisə qeydiyyata alınıb.