“Rusiya "Azad Suriya ordusu"nu silahla təchiz etmir”.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında "Azad Suriya ordusu"nun hökumət qüvvələri ilə birgə İŞİD-in mövqelərinə hücuma keçdiyini bəyan edib.
Öz növbəsində "Azad Suriya ordusu"nun nümayəndələri Rusiya tərəfindən hər hansı yardımın edilmədiyini açıqlayıblar.
Aktual.az