Avropa təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, Rusiyaya məxsus iki kosmik aparat ən azı on iki əsas Avropa peykinin rabitəsini ələ keçirib.
Aktual.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, bir neçə ildir Qərbdəki hərbi və mülki kosmik agentliklər orbitdə dəfələrlə şübhəli manevrlər edən Luç-1 və Luç-2 Rusiya peyklərinin fəaliyyətini izləyir.
Hər iki kosmik aparat qitəyə, o cümlədən Böyük Britaniyaya, eləcə də Afrika və Yaxın Şərqin böyük hissələrinə xidmət göstərən Avropanın ən vacib geostasionar peyklərinə çox yaxınlaşıb.
Orbit məlumatlarına və yerüstü teleskopik müşahidələrə görə, onlar xüsusən də son üç ildə bir neçə həftə ərzində peyklərin yaxınlığında qalıblar.
Nəşr mütəxəssislərə istinadla yazıb ki, bu yaxınlaşmalar peyklərin ötürdüyü məxfi məlumatları təhlükə altına qoymaqla yanaşı, həm də Moskvaya onların trayektoriyalarını manipulyasiya etməyə, hətta sıradan çıxarmağa imkan verə bilər.
Almaniya Silahlı Qüvvələrinin Kosmik Komandanlığının keçmiş rəhbəri, general-mayor Mixail Trut nəşrə açıqlamasında bildirib ki, hər iki aparat radioelektron kəşfiyyat aparmaqda şübhəli bilinir.
Xəbər 52 dəfə oxunub.