Rusiyanın strategiyası Avropa İttifaqını (Aİ) zəiflətməkdən ibarətdir.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bunu Aİ Şurasının prezidenti Donald Tusk deyib.
"Rusiyanın strategiyası Avropa İttifaqını zəiflətməkdir. Biz reallığı görürük, bizdə heç bir illüziya yoxdur", - deyə Tusk bildirib.
Tusk bununla belə Aİ-nin Moskva ilə gərginliyi gücləndirmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Aİ həmişə Rusiya ilə dialoqa hazırdır, lakin dəyərlərlə bağlı heç vaxt kompromisə getməyəcək.
Aktual.az
Xəbər 334 dəfə oxunub.