Rusiya aviaşirkəti Azərbaycana uçuşlar planlaşdırır

Rusiya aviaşirkəti Azərbaycana uçuşlar planlaşdırır

Rusiyanın "Komiaviatrans" hava yolu şirkəti tezliklə Kaluqa-Bakı, Samara-Bakı və Nijnıy-Novqorod-Bakı istiqamətləri üzrə reyslər açmağı planlaşdırır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu aviaşirkətin baş direktorunun müavini, kommersiya direktoru Roman Titov deyib.

Onun sözlərinə görə, bu reyslərin açılması təqribən dekabr ayına planlaşdırılıb: "Bakıya reyslərin açılması şirkətin yeni istiqamətlərdə işə salınacaq "Embraer-145" təyyarələrini almasından asılıdır".

R.Titov qeyd edib ki, təyyarələrin dekabrda alınması gözlənilir, lakin bu tarix dəyişə bilər: "İlkin mərhələdə qeyd edilən istiqamətlər üzrə uçuşlar həftədə bir dəfə həyata keçiriləcək, lakin gələcəkdə uçuşların tezliyinin artırılması imkanına baxıla bilər. Təyyarələrin 50 oturacaq yerli olacağı nəzərdə tutulub".

Aktual.az

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR