Çasov Yar ərazisində Rusiya ordusunun hücumlarında irəliləyiş yoxdur.
Aktual.az xəbər verir ki, bunu Ukrayna mətbuatına 5-ci Xüsusi Əməliyyat Briqadasının 3-cü hücum batalyonunun komandiri deyib.
"Onların daha çox piyada hərəkətləri var. Texnikadan istifadə də müşahidə edilmir. Ümumiyyətlə, onlar 3-4 nəfərlik kiçik piyada dəstələri ilə fəaliyyət göstərirlər, biz intensiv hücum əməliyyatlarını müşahidə etmirik. Daimi atəş açaraq, logistik marşrutlarımızı FPV dronları ilə vurmağa çalışırlar. Çox vaxt gecə FPV dronlarından istifadə edirlər”, - o bildirib.
Komandir Rusiyanın Çasov Yar ərazisində niyə daha az hərbi texnikadan istifadə etdiyini də izah edib:
"Texnikaları azdır. Yazın sonu - yayın əvvəlində texnika ilə aktiv hücuma keçməyə çalışdılar. Normal FPV dron ehtiyatımız olduğundan onların cəhdi boşa çıxdı. Pokrovski istiqamətində aktiv olduqları üçün bizim istiqamətimizdə dəstəkləri azdır”.
Xəbər 242 dəfə oxunub.