Rusiya Alyaskanı geri almayacaq.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
"ABŞ hökumətində hər kəsin adından deyə bilərəm ki, o, (Vladimir Putin – red.) Alyaskanı geri almayacaq”, - deyə departament rəsmisi jurnalistin sualına cavabında bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin dekabrında Rusiya İmperiyasının və SSRİ-nin xarici mülkiyyətinin hüquqi müdafiəsi üçün vəsaitin ayrılması haqqında fərman imzalayıb.
Sualın da Rusiya prezidentinin bu fərmanından qaynaqlandığı ehtimal edilir.
Xəbər 213 dəfə oxunub.