Almaniya şirkətləri Rusiyaya protez tədarükünü kəskin şəkildə artırıb.
Aktual.az xəbər verir ki, bu barədə "Döyçe Velle” nəşri məlumat yayıb.
"Almaniyanın rəsmi statistikasına görə, son illərdə Almaniyadan Rusiyaya protez ixracı əhəmiyyətli dərəcədə artıb. Müharibədən əvvəl Rusiya Almaniyadan ildə 15-20 milyon avro dəyərində protez və əlaqəli məhsullar idxal edirdi. Bu rəqəmlər 2022-2023-cü illərdə 25 milyon, 2024-cü ildə 47,8 milyon, 2025-ci ilin əvvəlindən isə 53 milyona çatıb. Almaniyanın ən böyük protez istehsalçısı "Ottobock” bildirib ki, hazırda qlobal gəlirinin 8,8%-i Rusiyanın payına düşür”, - məlumatda deyilib.
Xəbər 41 dəfə oxunub.