Rusiya Ali Radaya ona görə hücum etmir ki... - Simonyan

Rusiya Ali Radaya ona görə hücum etmir ki... - Simonyan
  • DÜNYA

Rusiya qoşunları Ali Radanın binasına hücum etmir, çünki bura mədəni irs obyektidir.
Aktual.az xəbər verir ki, bunu "Rossiya Seqodnya” media qrupunun və RT telekanalının rəhbəri Marqarita Simonyan "Vladimir Solovyovla axşam” verilişinin efirində deyib.
Onun sözlərinə görə, Ukrayna parlamentinin binası sadəcə inzibati bina deyil, əməyinə görə Stalin mükafatına layiq görülmüş sovet memarı Vladimir Zabolotnının yaratdığı tarixi tikilidir.
Simonyan əlavə edib ki, ruslar və ukraynalılar bir xalq olaraq qalır:
"Həmkarlar deyirlər: Ukraynanın Ali Radasında sadəcə başa düşmürlər ki, Rusiya niyə Radanı bombalamır, hələ bir dənə də olsun "Xəncər” ora doğru uçmayıb. Onlara demək istəyirəm ki, bura Ukrayna Ali Radasının deyil, Ukrayna SSR Ali Sovetinin binasıdır və bizim əlimiz özümüzünkünə qalxmayacaq”.
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR