Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avro Aİ-yə gələn ay köçürüləcək

Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avro Aİ-yə gələn ay köçürüləcək

"Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro məbləğində vəsait avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcək”.
Aktual.az-ın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vəsaitdən Kiyev üçün hava hücumundan müdafiə sistemləri və mərmilərin alınması, həmçinin Ukraynanın hərbi sənayesindən silah alınması üçün istifadə olunacaq:
"Biz təkcə Ukrayna üçün deyil, həm də bu ölkənin özündən silah almaq niyyətindəyik”.

Xəbər 140 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR