ABŞ Quru Qoşunlarının komandanı general Mark Miller Rusiyanın ən böyük təhlükə olduğunu etiraf edib.
Aktual.az axar.az-a istinadən bildirir ki, general Rusiyanın güclü olmasına səbəb kimi nüvə silahını göstərib:
"ABŞ üçün yer üzündə ən böyük təhlükə Rusiyadır. Bunun səbəbi Rusiyanın nüvə silahına sahib olmasıdır".
Moskvanı aqressiv davranmaqda günahlandıran Miller Rusiyanın son illərdə hərbi sahəyə xüsusi önəm verdiyini qeyd edib.