Rusiya ABŞ-la təmaslara hazırdır - Zaxarova

Rusiya ABŞ-la təmaslara hazırdır - Zaxarova
  • DÜNYA

Moskva Rusiya-ABŞ dialoqunun parametrlərini dəqiqləşdirmək məqsədi ilə Dövlət Departamenti ilə təmaslara hazırdır.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Xarici İşlər Nazirliyi də öz növbəsində Rusiya və ABŞ prezidentləri arasında 16 oktyabr tarixində baş tutan telefon danışığı zamanı əldə edilən anlaşmaları yerinə yetirmək üçün ABŞ Dövlət Departamenti ilə davamlı əlaqələrə açıqdır. Məqsəd həm ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həm də Ukrayna münaqişəsinin həlli istiqamətində atılacaq birgə addımlar barədə Rusiya-Amerika dialoqu üçün əlavə parametrləri dəqiqləşdirməkdir”, - Zaxarova bildirib.
Qeyd edək ki, oktyabrın 22-dən 23-nə keçən gecə ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həllində kifayət qədər marağı olmadığına görə iki aparıcı neft şirkəti olan "Rosneft” və "Lukoyl”a yeni sanksiyalar tətbiq edib.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR