2022-ci ilin payızında itkiləri fəlakətli həddə olardısa, Rusiya Ukraynada nüvə silahından istifadə etməyə hazır idi.
Aktual.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Bob Vudvordun "Müharibə” adlı kitabında qeyd olunub.
Vudvordun sözlərinə görə, həmin müddətdə ABŞ Baş Qərargah rəisi Mark Milli ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov telefonla danışıblar:
"Mark Milli Valeri Gerasimovdan Rusiyanın nüvə silahından istifadə etməsi üçün hansı şərtlərin zəruri olduğunu soruşduqda, Gerasimov deyib ki, onlardan biri döyüş meydanında fəlakətli itkilər zamanı taktiki nüvə silahından istifadə etmək hüququdur. Milli isə ona cavabında bu şərtlərin heç birinin baş verməyəcəyini deyib”.
Xəbər 200 dəfə oxunub.