Rusiya 15 Britaniya vətəndaşına qarşı cavab sanksiyaları tətbiq edib

Rusiya 15 Britaniya vətəndaşına qarşı cavab sanksiyaları tətbiq edib

Rusiya Ukraynaya silah tədarük edən hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərləri də daxil olmaqla 15 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyur.
Aktual.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Londonun aqressiv hərəkətlərinə cavab tədbirləri çərçivəsində Ukrayna hərbçilərinin təlimində iştirak edən Britaniyanın özəl təhlükəsizlik şirkətlərinin nümayəndələri, məhsul tədarük edən və ya Kiyev rejiminə xidmət göstərən hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərləri, eləcə də Rusiya əleyhinə mövqe tutan ekspertlər və publisistlərə qarşı sanksiyaların tətbiq edilməsinə qərar verilib”, - bəyanatda bildirilib.

Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR