Rusiyanın Türkiyəyə turlar satışı ilə bağlı qadağanı aradan qaldırmasından sonra Türkiyə satılmış səyahət biletlərinə əsasən, rusiyalı turistlər arasında ən populyar istiqamət olub.
Aktual.az report-a istinadən bildirir ki, Türkiyə turizm agentlərinin dövriyyəsinin 35%-ni təşkil edib.
Xatırladaq ki, iyunun 29-da Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bundan sonra V.Putin Nazirlər Kabinetinə Türkiyə ilə ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığı bərpa etməklə bağlı qarşı tərəflə danışıqlara başlamaq üçün tapşırıq verdiyini bildirib.