Rus təyyarəsini vuran türk pilot mükafatlandırıldı

Rus təyyarəsini vuran türk pilot mükafatlandırıldı
  • DÜNYA

Ukrayna Ali Radasının deputatları Yuliy Mamçur və Aleksey Qonçarenko simvolik olaraq Suriyada Rusiya təyyarəsini vuran türk pilotu mükafatlandırıblar.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, onlar bununla bağlı Türkiyənin Kiyevdəki səfirliyi önündə aksiya keçirib.

Qonçarenko səfirliyinin qapısına pilota təqdim olunan mükafatı simvolizə edən üzərində ay olan beşguşəli ulduzu yerləşdirib.
Aksiya iştirakçıları bəyan edib ki, rus təyyarəsinin vurulması Türkiyənin öz sərhədlərini qorumağa hazır olduğunu göstərir. Bu arada Qonçarenko Avropa İttifaqını Moskvaya qarşı sərt reaksiya göstərməməkdə ittiham edib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR