Rus təyyarələri Türkiyə ilə sərhədi bombaladı: 5 ölü, 10 yaralı

Rus təyyarələri Türkiyə ilə sərhədi bombaladı:   5 ölü, 10 yaralı
  • DÜNYA

Rusiyanın hərbi təyyarələri Suriyanın Türkiyə ilə sərhəd bölgələrini bombalayıb.
Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsi ilə həmsərhəd olan Maarat el Numan kəndi hədəf alınıb. İlkin məlumata görə, bombardman nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Bildirilir ki, rus təyyarələri İqlib vilayətinin tərkibində olan bu kəndə 2 raket zərbəsi endirib. Zərbədən binalar uçub və insanlar tikililərin altında qalıb.

Bu arada Türkmən qüvvələri Bayırbucaq bölgəsindəki Qızıldağ yüksəkliyini geri alıblar. Bundan sonra türkmənlərin yenidən bombalanmasına start verilib.

Xəbər 824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR