Münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanın razılığı ilə Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarına BMT mandatı verilməsi beynəlxalq qüvvələrin buraya cəlb olunması üçün zəruridir.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü bəyanatına reaksiya verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Münaqişənin hər iki tərəfi razılaşarsa, Dağlıq Qarabağa beynəlxalq sülhməramlılar cəlb oluna bilər”.
Xatırladaq ki, Nikol Paşinyan Ermənistan hökumətinin bugünkü iclasında bəyan etmişdi ki, "Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında sülhməramlılarla bağlı müzakirə başlamalıdır".(sfera.az)
Xəbər 273 dəfə oxunub.