Rusiyanın "R-farm" dərman şirkəti Azərbaycan bazarına girməyi planlaşdırır.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu "Vedomosti" qəzetinə müsahibəsində şirkətin baş direktoru Vasili İqnatev söyləyib.
Onun sözlərinə görə, Azərbaycanla yanaşı, şirkət Qazaxıstan və Belarus bazarlarına da girmək fikrindədir.
Qeyd edək ki, "R-farm" şirkəti 2001-ci ildə yaradılıb. Şirkət Rusiya dərman bazarının 10%-nə nəzarət edir.