Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətliylə bağlı istintaqla əlaqədar hadisə gecəsindən bu yana nəzarətdə olan Mevlüt Mert Altıntaşın ailə üzvlərindən 6 nəfərin ötən gün gecə yarısı sərbəst buraxıldıqları haqda məlumat vermişdik.
Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, yaxınlarından sui-qəsdçi Mevlüt Mert Altıntaşın cənazəsini qəbul etmək istəmədikləri öyrənilib.
Qatilin üç gecə nəzarətdə qalan anası və atasının telefonlarına zəng çatmır. Ailənin istintaqı ilə əlaqədar bəzi detalları da ortaya çıxıb. Təhlükəsizlik idarəsində Altıntaşın anası Həmdim, atası Esrafil Altıntaş və bacısı Səhər Ö. ilə iki dayısı və gəlinlərinə 30-a yaxın sual verildiyi öyrənilib.
Aktual.az
Xəbər 394 dəfə oxunub.