Rusiya Zaporojye vilayətindən bəzi qoşun hissələrini şimala köçürür.
Aktual.az xəbər verir ki, bunu Ukraynanın "Tavriya” əməliyyat qrupunun spikeri Dmitri Lixovi "Espresso” telekanalının efirində deyib.
"Bəli, Rusiyanın bəzi hərbi hissələrinin Dnepr istiqamətindən və ümumilikdə Zaporojye vilayətindən şimala köçürülməsi təsdiqlənir. Bununla belə, başa düşməliyik ki, ruslar çox sayda şəxsi heyət toplayıblar. Hücumun zəifləməsi, yaxud dayandırılması barədə danışmaq tezdir", - D.Lixovi bildirib.
O, Ukraynanın Kursk və Belqoroda hücumundan dolayı rus hərbçilərin şimala doğru göndərildiyini ehtimal etdiyini vurğulayıb.
Xəbər 128 dəfə oxunub.