Rusiyada keçmi polis rəisi Andrey Qoştun ölümündə şübhəli bilinən daha bir şəxs saxlanılıb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə idarəsinin rəisi Sergey Solodovnikov məlumat verib. Onun sözlərinə görə, cinayətdə şübhəli bilinən Məhəmmədəli Əhmədov Tacikistan-Əfqanıstan sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Məhz sonuncu saxlanılan şəxsin qatilləri polis rəisinin evinə gətirdiyi ehtimal edilir.
Xatırladaq ki, aprelin 24-nə keçən gecə Rusiyanın keçmiş polis rəisi Andrey Qoşt və onun yaxınları İvaşevka kəndində öldürülüb. Cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Məhkəmə bütün saxlanılanları iyulun 2-nə kimi həbs edib. Cinayəti azərbaycanlılardan ibarət dəstə törədib.