Rus ordusu üçün fəlakət: “Starlink” stansiyaları bloklandı

Rus ordusu üçün fəlakət: “Starlink” stansiyaları bloklandı
  • DÜNYA

Ruslar cəbhə xəttində fəlakətlə üzləşib. Rusiya ordusunun cəbhədə "Starlink” stansiyaları bloklanıb.
Aktual.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müşaviri, radiotexnologiya üzrə mütəxəssis Sergey Beskrestnov deyib.
Onun sözlərinə görə, nəticədə rus ordusunun idarəetməsi pozulub, bir çox ərazilərdə hətta hücum əməliyyatları dayandırılıb.
Qeyd edək ki, fevralın 1-də "SpeysX” baş direktoru İlon Mask rəsmi Kiyevin xahişi ilə şirkətin Rusiyanın Ukraynaya qarşı zərbələrdə "Starlink” peyk rabitəsindən istifadə etməsinin qarşısının alınması ilə bağlı tədbirlər gördüyünü açıqlamışdı. Rusiyalı hərbi müxbirlər də yazmışdılar ki, "SpeysX” şirkətinin addımlarından sonra Rusiya dronlarında quraşdırılmış "Starlink” terminalları dronlar saatda 90 kilometri keçdikdən sonra işləməyib.
Daha sonra Ukrayna müdafiə naziri Mixail Fedorov ölkə ərazisində "Starlink” terminallarının yoxlanılmasına başladıqlarını açıqlamışdı.
Xəbər 86 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR