Rus ordusu Sucaya yaxınlaşır: Amansız döyüşlər gedir

Rus ordusu Sucaya yaxınlaşır: Amansız döyüşlər gedir
  • DÜNYA

Rusiya ordusu Kursk vilayətində əks-hücum zamanı Suca ətrafına yaxınlaşıb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, hücum qüvvələri şəhərin cənub-şərqindəki "Lotus” yanacaqdoldurma ərazisində möhkəmləniblər.
"Bundan başqa, rus ordusu Suca-Belaya magistralını nəzarətə götürüb, Sucadan 7 km şərqdə yerləşən Martınovka kəndinə hücum başlayıb. Orada 810-cu dəniz piyadaları briqadası və "Əhməd” xüsusi təyinatlıları döyüşür. Bu əraziyə nəzarət Rusiya ordusuna Suca yaxınlığındakı yüksəklikləri ələ keçirməyə imkan verəcək”, - məlumatda qeyd olunub.
Qeyd edilib ki, şimal-qərb istiqamətindən Sucaya 155 və 106-cı briqadaların hücumu davam edir. O ərazidə Lyubimovka kəndinin bir hissəsinə ruslar nəzarət edir.
Rusiya Teleqram kanalları yazır ki, son 5 gün ərzində Rusiya ordusu Kursk vilayətinin 11 yaşayış məntəqəsini azad edib.


Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR