Rus ordusu Kurskda sürətlə irəliləyir

Rus ordusu Kurskda sürətlə irəliləyir
  • DÜNYA

Sentyabrın 10-da rus qoşunları Kursk vilayətində əks-hücuma başlayıb. Hazırda bölgədə vəziyyət qeyri-sabitdir.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun hücumlarının miqyası və potensial perspektivləri hələ də bəlli deyil və qəti nəticələr çıxarmaq tezdir:
"Sentyabrın 11-ə aid geolokasiya görüntüləri rusların Juravlidən şərqdə (Korenevonun şimal-şərqində) Ukrayna qüvvələrinin mövqelərini geri aldığını göstərir. 10-dan çox kadr 51-ci hava-desant alayının Snaqostdan şimala və şimal-şərqə doğru irəlilədiyini təsdiqləyir”.
Rusiya hərbi blogerlərinin iddialarına əsasən, rus qoşunları Korenevo yaxınlığında şimaldan əks-hücuma keçib və sürətlə Snaqost istiqamətində irəliləyib. Bəzi mənbələr isə rusların Snaqostu tamamilə ələ keçirdiklərini bildirirlər. Bundan əlavə, 51-ci hava-desant alayının və 155-ci dəniz piyada briqadasının hissələrinin Snaqost bölgəsində irəliləyərək, Krasnojovtnevo, Komarovka, Vişnevka, Apanasovka, 10 Oktyabr, Obuxovka, Byaxovo, Vnezapnoe və Qordeyevka ərazilərini ələ keçirdiyi də qeyd olunur.
Xəbər 156 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR