Rus ordusu haqda məlumat ötürən casus yaxalandı

Rus ordusu haqda məlumat ötürən casus yaxalandı

Rusiya Silahlı Qüvvələri haqqında məlumat ötürən Ukrayna xüsusi xidmət orqanlarının agenti Krım Respublikasında saxlanılıb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxs Krım Respublikası və Sevastopol şəhəri ərazisində Rusiya ordusunun bölmələrinin daimi yerləşdiyi yerlər barədə məlumat verib. Faktla bağlı təqsirləndirilən şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi (Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı istifadə üçün xarici kəşfiyyatdan göstərişlər üzrə digər məlumatların toplanması və ötürülməsi, yəni casusluq) ilə cinayət işi başlanıb.
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR