"Proton" raketi Türkiyəyə məxsus Turksat-4B telekommunikasiya peykini uğurla orbitə çıxarıb.
Aktual.az xəbər verir ki, Qazaxıstandakı "Baykonur" kosmodromundan start götürən "Proton" türk Turksat-4B peykini orbitə çıxararaq açıq fəzaya buraxıb.
Qeyd edək ki, Turksat-4B telekommunikasiya peyki Türkiyənin sifarişi ilə "Mitsubishi Electric" tərəfindən istehsal olunub.