Terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin nəzarəti altında olan Kamışlı bölgəsində Rusiyanın 100 əsgəri yerləşdirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda Suriyada İnsan Hüquqlarını Müşahidə Təşkilatı məlumat yayıb.
Məlumata görə, rusiyalı hərbçilər terrorçu "PYD" və Bəşər Əsəd silahlılarının müşayiəti altında Kamışlının cənubundakı Terteb təpəsindəki hərbi düşərgəyə aparılıblar.
Türkiyənin kəşfiyyat qurumuna bağlı mənbələr də Rusiya hərbçilərinin Türkiyə sərhədinin yaxınlığında yerləşən Kamışlı bölgəsinə gətirildiyini təsdiqləyib. Kəşfiyyat mənbələri əvvəllər də Rusiya hərbçilərinin bu bölgəyə gətirildiyini bildiriblər. İndiyədək həmin əraziyə yerləşdirilən Rusiya əsgərlərinin sayı məlum deyil. Bununla belə kəşfiyyata istinadən qeyd edilib ki, əvvəllər rus əsgərlərini Bəşər Əsəd silahlılarının nəzarəti altında olan ərazilərə yerləşdirirdilər.