"Qafqazda situasiyanın gərginləşməsi Ermənistan-Azərbaycan münasibətlərindən daha çox, Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlıdır".
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan mətbuatına açıqlamasında rusiyalı ekspert Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, Qarabağda sülhməramlıların yerləşdirilməsi Moskvanın Gürcüstan məsələsini həll etməsi üçün yaxşı vasitə ola bilər:
"Moskvanı hazırda Kremlin layihəsi olan Gürcü Arzusu koalisiyasının zəifləməsi narahat edir. Rusiya bu güc vasitəsilə Saakaşvilini uzaqlaşdırdı. Qarşıda isə yeni seçkilər gəlir və rusiyayönlü partiyaların vəziyyəti ürəkaçan deyil. Əgər diqqət yetirsəniz, görərsiniz ki, Qarabağ konfliktinin ilk dəqiqələrindən etibarən Moskva Rusiyanın sülhməramlı rolundan danışmağa başladı. Kreml bununla da Minsk prosesinin əhəmiyyətini aşağı salmaq və təşəbbüsü öz əlinə almaq istəyirdi. Sülhməramlılıq Moskva üçün əsas "kozır"dır".