"Rus dilində təhsil ləğv olunsun" - AMEA Dilçilik İnstitunun elmi işçisindən sensasion açıqlama


"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq. Biz azərbaycanlılar üzun illər ikidillilik şəraitində yaşamışıq və rus dilinə üstünlük vermişik, bir çox hallarda rus dili ana dilimizi üstələyib"

Bu fikirləri Ölkə.Az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlu deyib.

O, cəmiyyətimizdə indi hansı dil daha səviyyəlidir və daha üstün təhsil verir mövzusunda müzakirələrin getdiyini, hətta bu haqda ciddi fikir ayrılığının mövcud olduğunu vurğulayaraq əlavə edib:

"Hal-hazırda Azərbaycanda rus dilin inkişafı üçün böyük baza var və üstəlik təhsildə rus bölməsinin olması Azərbaycan dilinin və konkret olaraq uşaq ədəbiyyatının inkişafını ləngidir. Buna görə ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməldir. Əks halda dilin inkişafı üçün stimul, tələbat olmayacaq, dilin inkişafı ləngiyəcək. Adi bir misal deyim: bugün valideynlərin çoxu övladlarını rus bölməsində oxutmağa Azərbaycan dilində vəsait və əbəbiyyatın çatışmazlığını əsas gətirərək haqq qazandırırlar. Doğrudur bu çatışmazlıq var. Nə vaxta kimi ki, anternativ dildə təhsil olacaq bu sahələrin inkişafı üçün tələbat və stimul meydana çıxmayacaq".

C.İsmayıloğlu qeyd edib ki, ümumiyyətlə bugün Respublikamızda dil situasiyasını və buna uyğun dil siyasətini düzgün qurmaq üçün gələcəyə yönəlikli bir konsepsiya işləyib hazırlamağa böyük ehtiyac duyulur və bu konsepsiyada ilk olaraq Azərbaycan xalqının strateji maraqlarını qorunmalı, ana dilinin inkişafına əngəl olan bu kimi məsələlər həllini tapmalıdır.

Xəbər 1950 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR