Qazaxıstan prezidenti Nursultan Nazarbayev rus dilində edilən müraciətlərə qazax dilində cavab verən məmurların işdən çıxarılması barədə göstəriş verib.
Bu barədə Aktual.az AzVision.az -a istinadən xəbər verir.
“Əgər vətəndaş rus dilində müraciət edibsə, ona rus dilində cavab verilməlidir. Rus dilində danışan şəxsə qazax dilində cavab verən məmurları işdən çıxarmaq lazımdır!”, - deyə Nazarbayev vurğulayıb.
Prezident vurğulayıb ki, Qazaxıstanda müxtəlif millətlər yaşayır: “Bəzi məmurlar irəli getmək və hamını qazax dilində danışmağa məcbur etmək istəyirlər. Lakin biz çoxmillətli ölkəyik. Bunu nəzərə almaq lazımdır”.